Font ölçüsü: A A A

  AZ
 Axtar
Siz burdasınız: Eşitmə

Eşitmə

Eşitmə insanın ən vacib hisslərindəndir. Eşitmə bizi yaxınlarımız və dostlarımızla bağlayan bir hissdir. Bizə ətrafdakı səsləri və musiqini qəbul etməyə imkan yaradır. Eşitmə bizim əsas informasiya məmbəyizmizdir ki, onun vasitəsi ilə biz həm təhsil alırıq, həm də ətrafla sosyal rabitə qururuq.

Dünyanı başa düşüb dərk etmək istəyən hər bir şəxs eşitməlidir. İnsan mədəniyyəti əsasən eşitmə üzərində qurulub: danışıq və dil olmazsa, musiqi olmazsa, biz, bir  insan olaraq, heç vaxt indiki inkişaf səviyyəsinə çata bilməzdik. Çünki, bizim eşitməmiz bizi dünya ilə bağlayan, digər insanları eşidib onları başa düşməyə imkan yaradan əsas amillərdəndir ki, heç şübhəsis, xoşbəxt və məhsuldar həyatın əsasıdır.

Bu günkü gündə həkimlər bir çox insanların eşitmə apratı taxmak istəməmə problemi ilə tez-tez üzləşirlər. Bir çoxları vaxtında eşitmə protezləşdirmə mərkəzinə müraciət etməkdənsə eşitmə itkisinə öyrəşməyi, ətrafla əlaqəni çətinləşdirən bir çox problemlərdən əziyyət çəkməyi daha üstün tuturlar.

Bəzi insanlar isə hətta düşünürlər ki, eşitmə aparatı güya onların eşitməsini daha da zəiflədə bilər. Əslində eşitmənin zəiflənməsi, hər hansı bir xəstəliyin nəticəsində yaranan təbii bir prosesdir ki, aparat buna heç bir mənfi təsir göstərə bilməz. Əksinə, eşitmədə yaranan itkini aparat vasitəsi ilə bərpa etmə mümkün qədər tez olunmalıdır.

Əgər insanın beyni uzun müddət səs siqnallarını ala bilmirsə, o yavaş-yavaş təmbəlləşərək səsləri ayırd etməyi unudur. Uzun müddər eşitməyən insan üçün, yenidən eşitməyə öyrənmək (aparat vasitəsi ilə) daha çətindir. Buna görə, nə qədər tez uyğun olan eşitmə aparatı təyin olunsa və tənzimlənsə o qədər də yaxşı nəticə əldə etmək mümkün olar.

 


Eşitmə zəifliyinin audio nümunələri


Eşitməsi zəif olan insanlar ətraf dünyanı necə eşidir? Bizim təqdim etdiyimiz audio nümunələr vasitəsi ilə siz müxtəlif səviyyəli eşitmə zəifliklərindən bir fikir ala bilərsiniz.


 


Həkimin qəbulana yazıl


Əgər beyin uzun müddət səsləri qəbul etmirsə müəyyən müddət sonra o bu səsləri unudur. Buna görə də eşitmə aparatı nə qədər tez alınıb eşitməyə uyğun tənzimlənərsə o qədər də yaxşı nəticə əldə etmək olar.


 


KIND Unite Phone Clip Qulaqlığı


KIND Unite Phone Clip qulaqlığının sayəsində telefon danışıqları rahat və sadə olub. Güvənli və stabil kabelsiz bağlantı sizi təmiz səslə təmin edir.

 

Yeniliklər

KINDswim sudan ən yaxşı qoruma

Hamıya məlumdur ki, hətta sağlam qulağı, içinə suyun düşməsinə qarşı qorumaq lazımdır. Buna görə də, qulağın içinə suyun düşməməsi üçün bir çox fərqli formalarda qulaq tıxacları mövcutdur...

Onlayn eşitmə testi

Yaxşı eşitdiyinizə əminsiniz?

Dünya əhalisinin 10-15% müxtəlif dərəcəli eşitmə zəifliyindən əziyyət çəkir. Bizim onlayn eşitmə testi vasitəsi ilə siz elə bu dəqiqə, ekran qarşısından qalxmadan öz eşitmənizi yoxlaya bilərsiniz...

Bizi tap

KIND Azərbaycanda

Ünvan:

  “KİND SƏS” MMC

Bakı şəh., Həsənoğlu küç., ev 31