Font ölçüsü: A A A

  AZ
 Axtar
Siz burdasınız: Eşitmə

Qulaq necə eşidir

Ətrafdakı səsləri qəbul etmək üçün insan və heyvanların xüsusi bir orqanı var – qulaq. Bu qeyri-adi incə bir aparatdır. Dünyada ikinci elə bir mexanizm mövcud deyil ki, havanın hətta çox kiçik təzyiq dəyişikliklərinə bu qədər heyran edici dəqiqliklə reaksiya verə bilsin. Qulaq səs dalğalarının hərkətini, bizim şüurumuz tərəfindən səs kimi qəbul edilən bir hissə çevirir.

Qulaqın xarici, gözlə görə bildiyimiz hissəsi qulaq seyvanı adlanır. Qulaq seyvanından təbil pərdəsinə kimi xarici qulaq keçəcəyi uzanır. Təbil pərdəsi xarici qulaq və orta qulaq arasında bir sərhəd rolunu oynayır.

Orta qulaqda bir-biri ilə ardıcıl birləşən üç kiçik sümük yerləşir. Bunlar çəkic, zindan və üzəngi sümüklərindən ibarətdir. Çəkicin dəstəsi təbil pərdəsinə, başı isə zindanın cisminə birləşir. Zindanın uzun ayaqcığı isə üzənginin başı ilə birləşir. Üzənginin əsası oval pəncərədə yerləşərək onun kənarına bağlanır. Oval pəncərədən sonra daxili qulaq başlayır. Səs dalğalarından təbil pərdəsində əmələ gəlmiş rəqsi hərəkərlər çəkic, zindan və üzəngidən keçərək oval pəncərdən daxili qulağa ötürülür. Eşitmə sümükləri sistemi səs dalğalarını təbil pərdəsindən oval pəncərəyə ötürdükdə bu dalğaların təzyiqini təxminən 60-70 dəfə artırır.

Oval pəncərənin pərdəsi daxili qulağı orta qulaqdan ayırır. Daxili qulaq labirintdən ibarətdir. Mürəkkəb quruluşa malik olan labirintdə yerləşən spiralşəkilində burulmuş ilbiz eşitmə funksiyası ilə əlaqədardır. İnsanda ilbiz oxu ətrafında 2.5-2.75 dəfə burularaq dairə əmələ gətirən enli sümük kanaldan ibarətdir. İlbiz kanalı boyunca zarlı arakəsmə uzanır və bu ilbizi iki "mərtəbəyə" bölür. Bu arakəsməni bir hissəsi sim kimi tarım dartılmış müxtəlif uzunluqda nazik liflərdən əmələ gəlmişdir.

Səs dalğaları sayəsində əmələ gələn üzgəcinin rəqsi hərəkətləri oval pəncərədən daxili qulağın içərisindəki mayeyə ötürülür. Bu maye öz növbəsində eyni tezlikdə rəqsi hərəkət etməyə başlayır. Maye dalğalanaraq ilbizdəki liflərin üstündə yerləşən kirpikli hüceyrələrin reseptorlarını qıcıqlandırır. Səs pərdəsində 23500-ə qədər sinir ucları yerləşir. Eşitmə siniri ilbiz və vestibulyar sinirlərdən ibarət olub, təxminən 30000 sinir lifindən təşkil olunmuşdur. Hər bir sinir lifi müəyyən tezlikdə olan səsə cavab verir.

Səs dalğalarının təsirindən reseptorlarda əmələ gələn oyanmalar eşitmə sinirini əmələ gətirən müəyyən neyron çıxıntıları ilə baş beyin eşitmə nahiyyəsinə aparılır və burada səsin xarakteri, gücü və ucalığı qəti olaraq analiz edir.

 


Eşitmə zəifliyinin audio nümunələri


Eşitməsi zəif olan insanlar ətraf dünyanı necə eşidir? Bizim təqdim etdiyimiz audio nümunələr vasitəsi ilə siz müxtəlif səviyyəli eşitmə zəifliklərindən bir fikir ala bilərsiniz.


 


Həkimin qəbulana yazıl


Əgər beyin uzun müddət səsləri qəbul etmirsə müəyyən müddət sonra o bu səsləri unudur. Buna görə də eşitmə aparatı nə qədər tez alınıb eşitməyə uyğun tənzimlənərsə o qədər də yaxşı nəticə əldə etmək olar.


 


KIND Unite Phone Clip Qulaqlığı


KIND Unite Phone Clip qulaqlığının sayəsində telefon danışıqları rahat və sadə olub. Güvənli və stabil kabelsiz bağlantı sizi təmiz səslə təmin edir.

 

Yeniliklər

KINDswim sudan ən yaxşı qoruma

Hamıya məlumdur ki, hətta sağlam qulağı, içinə suyun düşməsinə qarşı qorumaq lazımdır. Buna görə də, qulağın içinə suyun düşməməsi üçün bir çox fərqli formalarda qulaq tıxacları mövcutdur...

Onlayn eşitmə testi

Yaxşı eşitdiyinizə əminsiniz?

Dünya əhalisinin 10-15% müxtəlif dərəcəli eşitmə zəifliyindən əziyyət çəkir. Bizim onlayn eşitmə testi vasitəsi ilə siz elə bu dəqiqə, ekran qarşısından qalxmadan öz eşitmənizi yoxlaya bilərsiniz...

Bizi tap

KIND Azərbaycanda

Ünvan:

  “KİND SƏS” MMC

Bakı şəh., Həsənoğlu küç., ev 31