Font ölçüsü: A A A

  AZ
 Axtar
Siz burdasınız: Eşitmə

Eşitməyə aparan yol

Müxtəlif qulaq xəstəliklərində zəifləmiş eşitmə funksiyasını yüksəltmək və normaya çatdirmaq çətin deyil. Bunun üçün mütəxəssislərə müraciət etmək vacibdir. Onlar eşitmə dünyasına aparan yolu sizinlə birgə edəcəklər.


 

Birinci atdım: 
Eşitmənin müayinəsi.

Həkim-surdoloq sizin eşitmə xüsusiyyətlərinizi təyin etmək üçün müxtəlif eşitmə testləri aparacaq. Bu müayinələr orqanizm üçün tamamilə təhlükəsiz və ağrısızdır. Testlərin nəticələri xüsusi, audioqramma adlanan blanka qeyd edilir. Bundan sonra həkim sizin həyat tərziniz və iş şəraitiniz ilə maraqlanacaq. Bütün bu məlumatlar, audiometriya müayinəsinin nəticələri ilə birlikdə sizə uyğun eşitmə aparatının seçilməsində mühüm rol oynayacaq.


 

İkinci atdım: 
Eşitmə aparatının seçilməsi və ilk tənzimlənməsi.

Sizin eşitmənizin səviyyəsini və şəxsi istəklərinizi nəzərə alaraq, mütəxəssiz sizə uyğun eşitmə aparatlarını təklif edəcək. Burada bir çox amillər, o cümlədən sizin maddi imkanlarınız nəzərə alınacaq. Həkim, sizə daha uyğun olan bir neçə model təklif edəcək və siz onları özünüzdə sınayaraq, sizə daha aydın səs verən və sizin üçün daha rahat olan modeli seçəcəksiniz.


 

Üçüncü atdım: 
İndividual içliklərin və ya qulaqdaxili (kanaldaxili) eşitmə aparatların hazırlanması.

Növbəti addım, standart eşitmə aparatının yalnız sizə uyğun olan eşitmə sisteminə çevrilməsidir. Xüsusi plastik kütlə vasitəsi ilə mütəxəssiz sizin qulağınızdan qəlib çıxaracaq. Bu qəlib qulaqdaxili aparatların korpusunun və ya qulaqarxası aparatlar üçün individual içliyin yalnız sizin qulaq kanalınıza uyğun hazırlanması üçün lazımdır.


 

Dördüncü atdım: 
Eşitmə aparatının dəqiq tənzimlənməsi.

İndi isə həkim sizin eşitmə aparatınızı sizin eşitmə zəifliyinə uyğun dəqiq tənzimləyəcək. Kompyuter vasitəsi ilə aparılan bu proses sanki bir maraqlı oyunu xatırladacaq və həkim bütün səsləri sizə rahat olan səviyyəyə çatdıracaq.

Beləliklə Siz eşitmə aparatının sahibinə çevrildiniz. Eşitmə dünyasına aparan yolu demək olar ki, keçmisiniz. İndi sizə bu yolu dəf etmək üçün axırıncı, beşinci addım atmağınız qalır.


 

Beşinci atdım: 
Eşitmə aparatına uyğunlaşma.

Siz öz eşitmə aparatınıza uyğunlaşmalısınız. Bunun üçün sizə bir qədər vaxt və səbr lazım olacaq. Birdən-birə eşitdiyiniz bütün səslər sizi ilk vaxtlar yora bilər. Tədricən bu səslərə öyrənərək, onların sizə nə qədər vacib olmasını başa düşəcəksiniz.

Bu səsləri sizə bəxç edən eşitmə aparatınıza sadəcə bir cihaz kimi yox, dost və köməkçi kimi yanaşsaz, ona lazımi qulluq etsəz, o, uzun illər sizə xidmət edəcək və sizin eşitmə probleminizi həll edəcək.


Gördüyünüz kimi hər şey sizin öz əllərinizdədir. Ən vacibi, birinci addım etmək və yarı yolda qalmamaqdır. 

 


Eşitmə zəifliyinin audio nümunələri


Eşitməsi zəif olan insanlar ətraf dünyanı necə eşidir? Bizim təqdim etdiyimiz audio nümunələr vasitəsi ilə siz müxtəlif səviyyəli eşitmə zəifliklərindən bir fikir ala bilərsiniz.


 


Həkimin qəbulana yazıl


Əgər beyin uzun müddət səsləri qəbul etmirsə müəyyən müddət sonra o bu səsləri unudur. Buna görə də eşitmə aparatı nə qədər tez alınıb eşitməyə uyğun tənzimlənərsə o qədər də yaxşı nəticə əldə etmək olar.


 


KIND Unite Phone Clip Qulaqlığı


KIND Unite Phone Clip qulaqlığının sayəsində telefon danışıqları rahat və sadə olub. Güvənli və stabil kabelsiz bağlantı sizi təmiz səslə təmin edir.

 

Yeniliklər

KINDswim sudan ən yaxşı qoruma

Hamıya məlumdur ki, hətta sağlam qulağı, içinə suyun düşməsinə qarşı qorumaq lazımdır. Buna görə də, qulağın içinə suyun düşməməsi üçün bir çox fərqli formalarda qulaq tıxacları mövcutdur...

Onlayn eşitmə testi

Yaxşı eşitdiyinizə əminsiniz?

Dünya əhalisinin 10-15% müxtəlif dərəcəli eşitmə zəifliyindən əziyyət çəkir. Bizim onlayn eşitmə testi vasitəsi ilə siz elə bu dəqiqə, ekran qarşısından qalxmadan öz eşitmənizi yoxlaya bilərsiniz...

Bizi tap

KIND Azərbaycanda

Ünvan:

  “KİND SƏS” MMC

Bakı şəh., Həsənoğlu küç., ev 31