Font ölçüsü: A A A

  AZ
 Axtar
Siz burdasınız: Şirkət

Şirkət

KIND dünyada

 

KIND şirkəti – audioliji məhsul və xidmətlər bazarında dinamik olarak inkişaf edən bir şirkətdir.

Şirkətin tabeliyində, dünyanın 65-dən çox ölkəsində 600-dən çox ixtisaslaşmış audioliji mərkəzləri fəaliyyət göstərir.

KIND şirkətinin baş qərargahı Almaniyanın Aşağı Saksoniya əyalətinin paytaxtı olan Hannover şəhərində yerləşir.

Şirkətdə 2300-dən artıq ixtisaslaşmış işçi işləyir. “Stiftung Warentest” testinin nəticələrinə görə (Almaniyanın İnformasiya İstehlakçıları İnstitutu), şirkət “ən yaxşı xidmət” nominasiyasında ən yüksək reytinqə nail olmuşdur.

KIND GmbH şirkəti barədə daha ətraflı məlumatı siz şirkətin www.kind.com rəsmi intenet səhifəsindən əldə edə bilərsiniz.

 

KIND Azərbaycanda

 

“KIND SƏS” Eşitmə Mərkəzi – “KIND” Beynəlxalq eşitmə realibitasiya assosiasiyasının Azərbaycandakı ilk filialıdır. Bakıda ilk eşitmə protezləşdirilmə mərkəzi olan “KIND SƏS” mərkəzi 2002-ci ilin əvvəllərindən fəaliyyətə başlamışdır. Bu dövr ərzində yüzlərlə insan bu mərkəzdən eşitmə aparatı əldə edərək avropanın yüksək keyfiyyətli eşitmə protezləşdirilməsi məktəbini öz üzərində sınaya bildilər.

Alman həmkarlarının daimi dəstəyi sayəsində, “KIND SƏS” şirkəti sürətlə inkişaf edərək, günümüzdə eşitmə protezləşdirilməsinə ehtiyacı olan insanları dünyada mövcud olan hər növ eşitmə aparatları ilə: -  ən kiçik görsənməyən qulaq daxili rəqəmsal aparatlardan başlayarak daha münasib qiymətlərə olan qulaq arxası analoq aparatlarına kimi, təmin edə bilir.

 

“KIND SƏS” eşitmə mərkəzi təklif edir:

 

  • Müasir audioliji avadanlıq vasitəsi ilə eşitmənin dəqiq diaqnostikası;
  • Audioloji müainəsinin nəticələrinə əsasən, bütün hallarda, fərdi profesional yanaşma və ixtisaslaşdırılmış konsultasiya;
  • Ehtiyac olduğu hallarda – fərqli eşitmə aparatlarının pulsuz test olunması;
  • Eşitmə aparatlarının geniş çeşidi, miniatür görsənməyən qulaq daxili aparatlardan tutmuş cürbəcür rəng çalarlarında olan qulaq xarici aparatlara qədər.
  • Müasir yüksək texnoliji eşitmə apratlarının ən ucuz bazar qiymətləri;
  • Xüsusi KINDotoplastik labaratoriyasında hər formada qulaq qəliblərinin hazırlanması (bərk vəya yumuşaq);
  • Eşitmə aparatlarının təmiri və digər servis xidmətləri;
  • Əlavə aksesuarların yüksək çeşidi – eşitmə aparatlarının batareyalarından tutmuş aparatlar üçün qayğı vasitələrinə qədər;

 


Eşitmə zəifliyinin audio nümunələri


Eşitməsi zəif olan insanlar ətraf dünyanı necə eşidir? Bizim təqdim etdiyimiz audio nümunələr vasitəsi ilə siz müxtəlif səviyyəli eşitmə zəifliklərindən bir fikir ala bilərsiniz.


 


Həkimin qəbulana yazıl


Əgər beyin uzun müddət səsləri qəbul etmirsə müəyyən müddət sonra o bu səsləri unudur. Buna görə də eşitmə aparatı nə qədər tez alınıb eşitməyə uyğun tənzimlənərsə o qədər də yaxşı nəticə əldə etmək olar.


 


KIND Unite Phone Clip Qulaqlığı


KIND Unite Phone Clip qulaqlığının sayəsində telefon danışıqları rahat və sadə olub. Güvənli və stabil kabelsiz bağlantı sizi təmiz səslə təmin edir.

 

Yeniliklər

KINDswim sudan ən yaxşı qoruma

Hamıya məlumdur ki, hətta sağlam qulağı, içinə suyun düşməsinə qarşı qorumaq lazımdır. Buna görə də, qulağın içinə suyun düşməməsi üçün bir çox fərqli formalarda qulaq tıxacları mövcutdur...

Onlayn eşitmə testi

Yaxşı eşitdiyinizə əminsiniz?

Dünya əhalisinin 10-15% müxtəlif dərəcəli eşitmə zəifliyindən əziyyət çəkir. Bizim onlayn eşitmə testi vasitəsi ilə siz elə bu dəqiqə, ekran qarşısından qalxmadan öz eşitmənizi yoxlaya bilərsiniz...

Bizi tap

KIND Azərbaycanda

Ünvan:

  “KİND SƏS” MMC

Bakı şəh., Həsənoğlu küç., ev 31