Font ölçüsü: A A A

  AZ
 Axtar
Siz burdasınız: Xidmətlər

Eşitmə aparatlarının seçilməsi

“KİND SES” mərkəzində Avropanın surdoloji mərkəzlərində təhsil almış yüksək peşəkarlığa malik mütəxəssislər işləyir. Onlar sizin həyat tərzinizi və fərdi eşitmə xüsusiyyətlərinizi nəzərə almaqla eşitmə aparatınızı seçməyə daim hazırdırlar. Biz qonaqlarımızın diqqətinə ən müasir işlərimizi təqdim edirik.

Mərkəzimizdən ala biləcəyiniz müasir eşitmə aparatları sizə həyat keyfiyyətinizi əhəmiyyətli dərəcədə yaxşılaşdırmaq imkanını verəcək. Eşitmə qabiliyyəti üzrə reabilitasiya texnikasından istifadə edərək, siz həyatınızı yeni rənglər və emosiyalarla zənginləşdirəcəksiniz. Eşitmə aparatının qiyməti onun seçimi zaman əsas meyarlardan biri kimi çıxış edir. “KIND Ses” mərkəzinin əməkdaşları sizə istər klassik modelləri, istərsə də, ən qabaqcıl yüksək keyfiyyətli eşitmə aparatlarını sizlərə ən əlverişli qiymətlərlə təklif etməyə hazırdırlar.

Biz eşitmə aparatının seçilməsini hər pasiyent üzrə fərdi şəkildə həyata keçiririk, çünki hər insanın eşitmə qabiliyyəti fərdidir və fərdi yanaşmanı tələb edir. Yalnız tərəfimizdən müasir  eşitmə aparatlarının peşəkar şəkildə seçilməsi sayəsində istənilən həyat vəziyyətində optimal mənimsəmə üçün fərdi yanaşmalar təqdim olunur.

Mərkəzimizdə fəaliyyət göstərən mütəxəsislərimizin qəbuluna burada yazıla bilərsiniz.

 


Eşitmə zəifliyinin audio nümunələri


Eşitməsi zəif olan insanlar ətraf dünyanı necə eşidir? Bizim təqdim etdiyimiz audio nümunələr vasitəsi ilə siz müxtəlif səviyyəli eşitmə zəifliklərindən bir fikir ala bilərsiniz.


 


Həkimin qəbulana yazıl


Əgər beyin uzun müddət səsləri qəbul etmirsə müəyyən müddət sonra o bu səsləri unudur. Buna görə də eşitmə aparatı nə qədər tez alınıb eşitməyə uyğun tənzimlənərsə o qədər də yaxşı nəticə əldə etmək olar.


 


KIND Unite Phone Clip Qulaqlığı


KIND Unite Phone Clip qulaqlığının sayəsində telefon danışıqları rahat və sadə olub. Güvənli və stabil kabelsiz bağlantı sizi təmiz səslə təmin edir.

 

Yeniliklər

KINDswim sudan ən yaxşı qoruma

Hamıya məlumdur ki, hətta sağlam qulağı, içinə suyun düşməsinə qarşı qorumaq lazımdır. Buna görə də, qulağın içinə suyun düşməməsi üçün bir çox fərqli formalarda qulaq tıxacları mövcutdur...

Onlayn eşitmə testi

Yaxşı eşitdiyinizə əminsiniz?

Dünya əhalisinin 10-15% müxtəlif dərəcəli eşitmə zəifliyindən əziyyət çəkir. Bizim onlayn eşitmə testi vasitəsi ilə siz elə bu dəqiqə, ekran qarşısından qalxmadan öz eşitmənizi yoxlaya bilərsiniz...

Bizi tap

KIND Azərbaycanda

Ünvan:

  “KİND SƏS” MMC

Bakı şəh., Həsənoğlu küç., ev 31