Font ölçüsü: A A A

  AZ
 Axtar
Siz burdasınız: Xidmətlər

Eşitmə aparatlarının təmiri

Eşitmə aparatları – mürəkkəb elektron qurğulardır ki, burada birləşdirici məftillər, elektron platalar, mikrofon və digər elementlər yığcam şəkildə yerləşdirilmişdir. Eşitmə aparatının  nasazlığına aşkar səbəb – nəmişlikdir. Həmçinin, tez-tez yerə salma halları eşitmə aparatında  məftillərin qırılmasına gətirib çıxarır. Təsadüfi zərbələr elektron elementlərdə kontaktların qapanmasına səbəb olur. Bütün bunlar eşitmə aparatının qeyri sabit işləməsinə və nəticə olaraq,  eşitmə aparatının servis mərkəzində təmiri zərurətinin yaranmasına gətirib çıxarır.

Adətən, insan dərisi ilə təmasda olan zaman eşitmə aparatlarına tərin düşməsi də baş verə bilər. Zəif eşidən sahibin təqsirindən həddindən artıq nəmin əmələ gəlməsi eşitmə aparatının sabit işinin pozulmasına səbəb olur. Həddindən artıq nəmlilik sizi səs kanalının tutulma problemi ilə üzləşdirə bilər. Qulaq daxili eşitmə aparatları üçün isə qulaq çirkinin eşitmə yollarına yığılaraq, onları tamamilə tutması problemi səciyyəvidir.

 «KIND» eşitmə aparatlarının nəm və korroziyanın yaranması ilə, həmçinin, qulaq çirkinin düşməsindən və zərbələrdən  əmələ gələn nasazlıqları adətən çox nadir hallarda baş verir. Statistikaya inansaq,  «KIND» eşitmə aparatları  bütün istismar müddətində 1-2 dəfə təmir olunur. Eşitmə aparatlarının sıradan çıxmasının əsas səbəbləri – istehsalçı firmanın tövsiyələrinə riayət etməmə və qeyri düzgün istismardır.

Hətta yeni və keyfiyyətli cihazlar və qurğular vaxtaşırı sıradan çıxa bilər. Eşitmə aparatları kimi qurğular isə kifayət qədər mürəkkəbdir və ehtiyatlı davranış və xüsusi qulluq tələb edir. Yerə düşmələr, təyinatına görə istifadə etməmək, istifadə üzrə tövsiyə olunan təlimatlara riayət etməmək mənfi nəticələrə və nasazlıqların yaranmasına gətirib çıxaracaq.

Eşitmə aparatlarının təmiri - mühüm prosesdir ki, ondan gələcəkdə aparatın işinin keyfiyyəti asılıdır. Şirkətimizin eşitmə aparatlarının təmiri şöbəsinin peşəkar əməkdaşları nasazlıqların aşkarlanması və aradan qaldırılması üzrə xidmətlərin tam spektrini təklif edir.

Bizdən əldə etdiyiniz bütün “KIND” eşitmə aparatlarına satış günündən bir il müddətində zəmanət verilir. “KIND” Servis mərkəzi istər zəmanət müddətində, istərsə də bu müddət başa çatandan sonra eşitmə aparatlarının təmirini həyata keçirir.

Mərkəzimizdə fəaliyyət göstərən mütəxəsislərimizin qəbuluna burada yazıla bilərsiniz.

 


Eşitmə zəifliyinin audio nümunələri


Eşitməsi zəif olan insanlar ətraf dünyanı necə eşidir? Bizim təqdim etdiyimiz audio nümunələr vasitəsi ilə siz müxtəlif səviyyəli eşitmə zəifliklərindən bir fikir ala bilərsiniz.


 


Həkimin qəbulana yazıl


Əgər beyin uzun müddət səsləri qəbul etmirsə müəyyən müddət sonra o bu səsləri unudur. Buna görə də eşitmə aparatı nə qədər tez alınıb eşitməyə uyğun tənzimlənərsə o qədər də yaxşı nəticə əldə etmək olar.


 


KIND Unite Phone Clip Qulaqlığı


KIND Unite Phone Clip qulaqlığının sayəsində telefon danışıqları rahat və sadə olub. Güvənli və stabil kabelsiz bağlantı sizi təmiz səslə təmin edir.

 

Yeniliklər

KINDswim sudan ən yaxşı qoruma

Hamıya məlumdur ki, hətta sağlam qulağı, içinə suyun düşməsinə qarşı qorumaq lazımdır. Buna görə də, qulağın içinə suyun düşməməsi üçün bir çox fərqli formalarda qulaq tıxacları mövcutdur...

Onlayn eşitmə testi

Yaxşı eşitdiyinizə əminsiniz?

Dünya əhalisinin 10-15% müxtəlif dərəcəli eşitmə zəifliyindən əziyyət çəkir. Bizim onlayn eşitmə testi vasitəsi ilə siz elə bu dəqiqə, ekran qarşısından qalxmadan öz eşitmənizi yoxlaya bilərsiniz...

Bizi tap

KIND Azərbaycanda

Ünvan:

  “KİND SƏS” MMC

Bakı şəh., Həsənoğlu küç., ev 31