Font ölçüsü: A A A

  AZ
 Axtar
Siz burdasınız: Aksesuarlar

KİNDswim

Suyun hətta sağlam qulağa düşəndə yarada biləcəyi problemlər hamıya məlumdur. 

Xüsusi idman malları dükanlarında və apteklərdə satılan qulaq üçün tıxaclar (beruşi) qulağın suyun düşməsindən qorunması üçün o qədər də yararlı deyil, çünki onlar adətən suyu sızdırır və ən əsası, qulaq keçidinin daxilində şişmə sayəsində qaldıqlarına  görə keçidin dərisini qıcıqlandırırlar, bu da qulaq keçidi dərisinin iltihabı və ekzematoz xəstəliklərinə gətirib çıxarır.

Belə olan halda yeganə düzgün qərar fərdi hazırlanmış qulaq tıxaclarıdır. Yəqin ki, bir çoxlarına məlumdur ki, hər bir insanın qulaq keçidinin forması onun barmaq izləri kimi fərdidir. Bu səbəbdən standart tıxacların hazırlanma cəhdləri daim uğursuzluqla üzləşir.

 

KIND swim kimlərə vacibdir:

 

  1. Qulaq pərdəsi zədəli olan insanlara, nə vaxt ki, hətta təmiz suyun düşməsi əks göstərişdi.
  2. Xarici qulaq keçəcəyi dərəsinin yüksək həssalığı olan insanlara, hansı ki, çiməndən sonra hətta yüngül soyuqlama zamanı iltihablaşır.

Su altı üzməyi sevənlərə KIND swim unudulmaz rahatlıq bəxş edəcək. Çünki, hər kəs suyun altında, hətta 1 metr dərinlikdə üzərkən suyun qulağa göstərdiyi təzyiqi hiss edib. KIND swim vasitəsi ilə suyun altında üzməyi sevənlər suyun təzyiqini hiss etmədən, 5-6 metr dərinlikdə də (daha dərin sinaqdan keçməyib) rahatlıqla üzə bilər.

KIND swim  qulaq keçəcəyini tam olarak bağladığına görə bəzi insanlar onu səsə qarşı müdafiyə kimi də istifadə edirlər (səs-küylü qonşular, qonşu təmiri, uşaq qışqırıqlarına qarşı).

KIND swim-ə sahib olmaq üçün təxminən iki saat vaxt və bir qədər pul tələb olunur. KIND swim almaniyanın Dreve şirkətinin xüsusi, yüksək keyfiyyətli silikonunda hazırlandığı üçün, uzun illər öz keyfiyyətini itirmədən istifadə oluna bilər və bunula da sizə su altı üzgüçülükdən həqiqi zövq almağa imkan yaradır.

 

İndividual KIND swim sifariş etmək üçün siz 4 addım keçməlisiniz:

 

Birinci addım. Bizim «KIND SƏS» eşitmə mərkəzinə müraciət edirsiniz (əvvəlcədən qəbula yazılmaq məsləhət görülür). Qəbula bu nömrələr vasitəsi ilə yazıla bilərsiniz: (012) 564-31-21 və ya (050) 223-46-37.

İkinci addım. Həkim sizin qulaq keçəcəyinə baxdıqdan sonra xüsusi alman maddəsi vasitəsi ilə tam ağrısız şəraitdə sizin qulağınızın ölçüsünü götürəcək.

Üçüncü addım. Təxminən 3-7 iş günündən sonra siz zəng vasitəsi ilə KIND swim-i götürmək üçün mərkəzə dəvət olunacaqsınız.

Dördüncü addım. Mərkəzə gəlirsiniz və həkimin iştrakı ilə KIND swim-i qulağınıza taxırsınız (hər hansı bir narahatcılıq olarsa bu dərhal asanlıqla mütəxəsislər tərəfindən aradan qaldırılır). Sizin individual KIND swim-niz xüsusi su keçirməyən futlyarın içəndə sizə təhvil verilir.

KIND swim vasitəsi ilə sizin qulaqlarınız daim müdafiədə olacaq və su altı üzgüçülükdən həqiqi zövq almaq imkanını əldə edəcəksiniz.

 


Eşitmə zəifliyinin audio nümunələri


Eşitməsi zəif olan insanlar ətraf dünyanı necə eşidir? Bizim təqdim etdiyimiz audio nümunələr vasitəsi ilə siz müxtəlif səviyyəli eşitmə zəifliklərindən bir fikir ala bilərsiniz.


 


Həkimin qəbulana yazıl


Əgər beyin uzun müddət səsləri qəbul etmirsə müəyyən müddət sonra o bu səsləri unudur. Buna görə də eşitmə aparatı nə qədər tez alınıb eşitməyə uyğun tənzimlənərsə o qədər də yaxşı nəticə əldə etmək olar.


 


KIND Unite Phone Clip Qulaqlığı


KIND Unite Phone Clip qulaqlığının sayəsində telefon danışıqları rahat və sadə olub. Güvənli və stabil kabelsiz bağlantı sizi təmiz səslə təmin edir.

 

Yeniliklər

KINDswim sudan ən yaxşı qoruma

Hamıya məlumdur ki, hətta sağlam qulağı, içinə suyun düşməsinə qarşı qorumaq lazımdır. Buna görə də, qulağın içinə suyun düşməməsi üçün bir çox fərqli formalarda qulaq tıxacları mövcutdur...

Onlayn eşitmə testi

Yaxşı eşitdiyinizə əminsiniz?

Dünya əhalisinin 10-15% müxtəlif dərəcəli eşitmə zəifliyindən əziyyət çəkir. Bizim onlayn eşitmə testi vasitəsi ilə siz elə bu dəqiqə, ekran qarşısından qalxmadan öz eşitmənizi yoxlaya bilərsiniz...

Bizi tap

KIND Azərbaycanda

Ünvan:

  “KİND SƏS” MMC

Bakı şəh., Həsənoğlu küç., ev 31