Font ölçüsü: A A A

  AZ
 Axtar
Siz burdasınız: Aksesuarlar

Qayğı vasitələri

Eşitmə aparatlarına və qulaq qəliblərinə qulluq vasitələri

 

Eşitmə aparatı - əlverişsiz xarici mühitdə işləyən bahalı və çox həssas elektron aparatdır. Yüksək temperatur, rütubət və qulaq çirki kimi aqressiv maddənin təsiri bu aparatı qısa zaman ərzində sıradan çıxarda bilər. Bu aparatın uzun müddət ərzində sizin etibarlı köməkçiniz kimi qalması üçün istifadəsində çox diqqətli olmalı və bu aparatlara qulluq etməlisiniz.

Eşitmə aparatlarınızın işləmə müddətini artıra bilməniz üçün mərkəzimizdə eşitmə aparatlarına və qulaq qəliblərinə qulluq üçün bir sıra müxtəlif vasitələr mövcuddur.


OtoVita 50 ml Təmizləyici sprey eşitmə aparatlarına və qulaq qəliblərinə xaricdən qulluq və dezinfeksiya üçün vasitədir.


OtoVita təmizliyici salfetlər eşitmə aparatlarına və qulaq qəliblərinə xaricdən qulluq və dezinfeksiya üçün daha bir vasitədir. Tərkibində spirt yoxdur. Təmizləyici salfetlər həmçinin, səs və su izolyasiyası üçün istifadə olunan tıxacların dezinfeksiyası üçün də ideal vasitədir.

Tərkibi: 30 ədəd bükülmüş salfet.


OtoVita təmizliyici salfetlər eşitmə aparatlarına və qulaq qəliblərinə xaricdən qulluq və dezinfeksiya üçün daha bir vasitədir. Tərkibində spirt yoxdur. Təmizləyici salfetlər həmçinin, səs və su izolyasiyası üçün istifadə olunan tıxacların dezinfeksiyası üçün də ideal vasitədir.

Tərkibi: fərdi qablaşdırmada 30 ədəd salfet.


OtoVita mikrob əleyhinə təmizləyici tabletlər. Qulaq qəliblərinə xarici qulluq və dizinfeksiya üçün vasitə. Həmçinin səs və su izolyasiyası üçün istifadə olunan tıxacların dezinfeksiyası üçün ideal vasitədir.

Tərkibi: 28 ədəd mikrob əleyhinə təmizləyici tablet.


OtoVita mini dəst, mikrob əleyhinə xarici qulluq və dezinfeksiya üçün vasitə.

Tərkibi:

  • təmizləmə üçün perforasiya edilmiş taxmalı 1 ədəd konteyner
  • 7 ədəd mikrob əleyhinə təmizləyici tablet (1 həftə müddəti üçün)
  • səsötürücünün üfürülməsi üçün armudşəkilli vasitə

Qulaqarxası eşitmə aparatlarına və qulaq qəliblərinə qulluq üçün OtoVita dəsti. Eşitmə aparatlarının və qulaq əlavələrinin xaricdən dezinfeksiyası və qurudulması üçün. Mikrob əleyhinə təmizləyici tabletlər bakteriya və  göbələklərə qarşı mübarizəni gücləndirir, həmçinin, qulaq infeksiyalarının və qulaqlarda iltihabı proseslərin yaranma riskini azaldır.

Tərkibi:

  • təmizləmə üçün perforasiya edilmiş taxmalı və qapaqlı 1 ədəd konteyner
  • 7 ədəd mikrob əleyhinə təmizləyici tablet (1 həftə müddəti üçün)
  • Qurutma üçün 1 ədəd qapaqlı konteyner
  • 2 ədəd sovurucu kapsul
  • səsötürücünün təmizlənməsi üçün armudşəkilli vasitə

Qulaqdaxili eşitmə aparatlarına qulluq etmək üçün OtoVita dəsti. Eşitmə aparatlarının və qulaq qəliblərinin xaricdən dezinfeksiyası və qurudulması üçün.

Tərkibi:

  • 1 ədəd təmizləyici sprey (30 ml)
  • Qurutma üçün 1 ədəd qapaqlı konteyner
  • 2 ədəd sovurucu kapsul
  • 1 ədəd maqnitli fırça

 


Eşitmə zəifliyinin audio nümunələri


Eşitməsi zəif olan insanlar ətraf dünyanı necə eşidir? Bizim təqdim etdiyimiz audio nümunələr vasitəsi ilə siz müxtəlif səviyyəli eşitmə zəifliklərindən bir fikir ala bilərsiniz.


 


Həkimin qəbulana yazıl


Əgər beyin uzun müddət səsləri qəbul etmirsə müəyyən müddət sonra o bu səsləri unudur. Buna görə də eşitmə aparatı nə qədər tez alınıb eşitməyə uyğun tənzimlənərsə o qədər də yaxşı nəticə əldə etmək olar.


 


KIND Unite Phone Clip Qulaqlığı


KIND Unite Phone Clip qulaqlığının sayəsində telefon danışıqları rahat və sadə olub. Güvənli və stabil kabelsiz bağlantı sizi təmiz səslə təmin edir.

 

Yeniliklər

KINDswim sudan ən yaxşı qoruma

Hamıya məlumdur ki, hətta sağlam qulağı, içinə suyun düşməsinə qarşı qorumaq lazımdır. Buna görə də, qulağın içinə suyun düşməməsi üçün bir çox fərqli formalarda qulaq tıxacları mövcutdur...

Onlayn eşitmə testi

Yaxşı eşitdiyinizə əminsiniz?

Dünya əhalisinin 10-15% müxtəlif dərəcəli eşitmə zəifliyindən əziyyət çəkir. Bizim onlayn eşitmə testi vasitəsi ilə siz elə bu dəqiqə, ekran qarşısından qalxmadan öz eşitmənizi yoxlaya bilərsiniz...

Bizi tap

KIND Azərbaycanda

Ünvan:

  “KİND SƏS” MMC

Bakı şəh., Həsənoğlu küç., ev 31