Font ölçüsü: A A A

  AZ
 Axtar
Siz burdasınız: Maraqlı

Eşitmə Qabiliyyəti və Eşitmə Aparatları: Əfsanələr və Faktlar

Eşitmə Qabiliyyəti və Eşitmə Aparatları: Əfsanələr və Faktlar

Təəssüf ki, müasir dövrümüzdə zəif eşitmə qabiliyyəti nadir hal deyildir. Bunun bir çox səbəbləri mövcuddur - ətraf mühit, ekologiyanın pisləşməsi və sair.

Qeyd olunan problem sürətlə böyüməkdədir. Məsələn, 18 yaşlı Amerika gəncləri arasında həyata keçirilmiş tədqiqatlar göstərmişdir ki, onların 8% eşitmə qabiliyyətinin həddi normadan əhəmiyyətli dərəcədə aşağıdır.

Bu gün qeyd olunan problemi heç vaxt olmadığı kimi effektiv tərzdə həll etmək olar. Müasir eşitmə aparatı – mikroelektronikanın kiçik möcüzəsi – eşitmə qabiliyyətini yaxşılaşdırmaq və insana səslər dünyasını və ünsiyyət sevincini qaytara bilər.

Təəssüf ki, bu günə qədər eşitmə qabiliyyəti və eşitmə aparatları ilə bir sıra əfsanələr və xürafatlar bağlıdır.

1-ci xürafat: Eşitmə qabiliyyətinin zəifləməsinə nadir hallarda rast gəlmək olar. Eşitmə aparatlarının lazım olduğu hallara isə - daha nadir.

Faktlar: Bu gün dünyada hər onuncu insan eşitmə qabiliyyətinin korlanmasında əziyyət çəkir ki, bunu yalnız eşitmə aparatı vasitəsilə aradan qaldırmaq olar.

2-ci xürafat: Əgər mənim eşitmə qabiliyyətim zəifləsəydi, mən təbii ki, bunu bilərdim.

Faktlar: Adətən eşitmə qabiliyyəti tədricən zəifləyir və hətta insan özü bunu hiss etmir. Adətən problemə ilk olaraq daimi anlaşılmazlıqlardan və televizorun həddindən artıq yüksək səsindən əziyyət çəkən qohumlar diqqət yetirir.

3-cü xürafat: Eşitmə aparatı – son tədbirdir, eşitmə qabiliyyətini dərman vasitələri ilə müalicə yolu ilə  bərpa etmək daha yaxşı olar.  

Faktlar: 90% hallarda bu sensonevral eşitmə zəifliyidir ki, bu zaman nə dərmanlar, nə əməliyyatlar yardım etmir. Bir çıxış yolu mövcuddur – keyfiyyətli eşitmə aparatı.   

4-cü xürafat: Eşitmə aparatları bütün səsləri eyni şəkildə gücləndirir, onları fərqləndirmək imkanını isə vermir.

Faktlar:  Ən yaxşı rəqəmsal eşitmə aparatları nitqi ətraf səs maneələrindən fərqləndirə bilir, onu gücləndirir və bu zaman qeyri informativ fon səslərini zəiflədir. Bu nitqin anlanmasını əhəmiyyətli dərəcədə asanlaşdırır, xüsusilə də mürəkkəb vəziyyətlərdə (məsələn, insanların çox olduğu, səs – küylü yerlərdə).

5-ci xürafat: Eşitmə aparatının istifadəsi eşitmə qabiliyyətinin daha da pisləşməsinə səbəb ola bilər.

Faktlar: Düzgün seçilmiş və tənzimlənmiş eşitmə aparatı eşitmə qabiliyyətini korlaya bilməz. Əksinə,  əgər siz onu daim istifadə edirsinizsə, (gündə 1-2 saat və ya vaxtaşırı olmayaraq) qulağınız və onunla birgə beyniniz kifayət qədər həcmdə səs stimulyasiyasını alır, yəni, daim “fəaliyyətdə olur”, daxil olan informasiyanı mənimsəyir və beləliklə də, öz funksiyalarını qoruyur.

6-cı xürafat: Eşitmə aparatları gözə çarpır. Ətraf insanlar eşitmə aparatını görəndə məni natamam hesab edəcəklər.

Faktlar: Eşitmə aparatları hələ heç vaxt bu dərəcədə kiçik olmamışdır. Onlar nəzərə çarpmadan qulağın arxasında (qulaq arxası modellər) və ya birbaşa qulağın içində (qulaq daxili modellər) saxlanılır.

7-cü xürafat:  Yaxşı eşitmə aparatı çox bahadır.

Faktlar: Son zamanlarda orta imkanlı insanların əldə edə biləcəyi çoxsaylı rəqəmsal eşitmə aparatları yaradılmışdır.

 

*İstənilən halda düzgün seçilmiş və fərdi tənzimlənmiş eşitmə aparatı – şəxsi həyat keyfiyyətinizin yüksəldilməsinə ən yaxşı yatırımdır.

 


Eşitmə zəifliyinin audio nümunələri


Eşitməsi zəif olan insanlar ətraf dünyanı necə eşidir? Bizim təqdim etdiyimiz audio nümunələr vasitəsi ilə siz müxtəlif səviyyəli eşitmə zəifliklərindən bir fikir ala bilərsiniz.


 


Həkimin qəbulana yazıl


Əgər beyin uzun müddət səsləri qəbul etmirsə müəyyən müddət sonra o bu səsləri unudur. Buna görə də eşitmə aparatı nə qədər tez alınıb eşitməyə uyğun tənzimlənərsə o qədər də yaxşı nəticə əldə etmək olar.


 


KIND Unite Phone Clip Qulaqlığı


KIND Unite Phone Clip qulaqlığının sayəsində telefon danışıqları rahat və sadə olub. Güvənli və stabil kabelsiz bağlantı sizi təmiz səslə təmin edir.

 

Yeniliklər

KINDswim sudan ən yaxşı qoruma

Hamıya məlumdur ki, hətta sağlam qulağı, içinə suyun düşməsinə qarşı qorumaq lazımdır. Buna görə də, qulağın içinə suyun düşməməsi üçün bir çox fərqli formalarda qulaq tıxacları mövcutdur...

Onlayn eşitmə testi

Yaxşı eşitdiyinizə əminsiniz?

Dünya əhalisinin 10-15% müxtəlif dərəcəli eşitmə zəifliyindən əziyyət çəkir. Bizim onlayn eşitmə testi vasitəsi ilə siz elə bu dəqiqə, ekran qarşısından qalxmadan öz eşitmənizi yoxlaya bilərsiniz...

Bizi tap

KIND Azərbaycanda

Ünvan:

  “KİND SƏS” MMC

Bakı şəh., Həsənoğlu küç., ev 31