Font ölçüsü: A A A

  AZ
 Axtar
Siz burdasınız: Maraqlı

Faktlar və Rəqəmlər

Faktlar və Rəqəmlər

Dünyada 800 milyondan artıq insan eşitmə problemindən əziyyət çəkir.

Ehtimal olunur ki, 2015-ci ilə bu rəqəm 1,1 milyarda çatacaq ki, bu da yer kürəsinin əhalisinin təxminən 16% -ni təşkil edir.

Bir neçə müxtəlif tədqiqatlar aşkar etmişdir ki, təxminən 65% insanlarda eşitmə qabiliyyətinin I dərəcəli pozuntusu, 30% insanlarda III dərəcəli pozuntusu və 5% insanlarda isə IV dərəcəli pozuntusu mövcuddur.

Eşitmə qabiliyyətinin pozuntusu olan insanların yalnız üçdə biri pensiya yaşına  çatmışdır. Əsas hissəni məktəb yaşında olanlar və əmək qabiliyyəti olanlardır.

Həmçinin, tədqiqatlar göstərmişdir ki, eşitmə aparatına ehtiyacı olan beş insanın yalnız biri bu aparatdan həqiqətən istifadə edir.

Orta hesabla, eşitmə qabiliyyətinin pozuntusu olan insanlar bu problemlərinin aradan qaldırılması üçün hərəkətə başlamazdan əvvəl demək olar ki, 10 il gözləyir.

Eyni zamanda,  gənclər getdikcə daha çox eşitmə problemlərindən əziyyət çəkməyə başlayır ki, bu da əsasən həddindən artıq səs-küylü mühitdə olmalarının və yüksək səslə musiqi dinləmələrinin nəticəsi kimi baş verir.

 


Eşitmə zəifliyinin audio nümunələri


Eşitməsi zəif olan insanlar ətraf dünyanı necə eşidir? Bizim təqdim etdiyimiz audio nümunələr vasitəsi ilə siz müxtəlif səviyyəli eşitmə zəifliklərindən bir fikir ala bilərsiniz.


 


Həkimin qəbulana yazıl


Əgər beyin uzun müddət səsləri qəbul etmirsə müəyyən müddət sonra o bu səsləri unudur. Buna görə də eşitmə aparatı nə qədər tez alınıb eşitməyə uyğun tənzimlənərsə o qədər də yaxşı nəticə əldə etmək olar.


 


KIND Unite Phone Clip Qulaqlığı


KIND Unite Phone Clip qulaqlığının sayəsində telefon danışıqları rahat və sadə olub. Güvənli və stabil kabelsiz bağlantı sizi təmiz səslə təmin edir.

 

Yeniliklər

KINDswim sudan ən yaxşı qoruma

Hamıya məlumdur ki, hətta sağlam qulağı, içinə suyun düşməsinə qarşı qorumaq lazımdır. Buna görə də, qulağın içinə suyun düşməməsi üçün bir çox fərqli formalarda qulaq tıxacları mövcutdur...

Onlayn eşitmə testi

Yaxşı eşitdiyinizə əminsiniz?

Dünya əhalisinin 10-15% müxtəlif dərəcəli eşitmə zəifliyindən əziyyət çəkir. Bizim onlayn eşitmə testi vasitəsi ilə siz elə bu dəqiqə, ekran qarşısından qalxmadan öz eşitmənizi yoxlaya bilərsiniz...

Bizi tap

KIND Azərbaycanda

Ünvan:

  “KİND SƏS” MMC

Bakı şəh., Həsənoğlu küç., ev 31