Font ölçüsü: A A A

  AZ
 Axtar
Siz burdasınız: Maraqlı

Ağır eşitmə qabiliyyəti qulaq aparatından daha çox nəzərə çarpır.

Ağır eşitmə qabiliyyəti qulaq aparatından daha çox nəzərə çarpır.

Yarpaqların xışıltısı, yağışın səsi, musiqi, səslər - həyatı bu səslər olmadan təsəvvür etmək çətindir. İnsan dünya haqqında məlumatın əksər hissəsini qulaq vasitəsilə alır. Beləliklə 45 yaşdan sonra, faktiki olaraq hər kəs eşitmə qabiliyyətinin 25 dB pozulmasını hiss edir. Bu gün dünyada eşitmə qabiliyyətinin pozuntuları ilə üzləşən insanların sayı 500 milyona yaxındır. Mütəxəssislərin  proqnozlarına görə, 2015-ci ilə onların sayı iki dəfə artacaq.

Bir çox insanlar eşitmə qabiliyyətlərini yaşla əlaqədar itirirlər. Ateroskleroz, hipertoniya, diabet, keçirdikləri otitlər problemi daha da kəskinləşdirir. Lakin eşitmə qabiliyyətinin itkisi - mütləq qocalıq əlaməti deyil: eşitmə qabiliyyətinin pozulmasından əziyyət çəkənlərin yarısının yaşı 65-dən aşağıdır. Texniki tərəqqi də öz təsirini göstərir. Yalnız gecə və gündüz dayanmayan küçə səsləri 90 desibel təşkil edir. Reaktiv təyyarədən gələn qulaqbatırıcı səs (120 desibel), metroda olan səs (90-110 desibel ), rok-konsertdə olan səslər (əksər hallarda 120 desibel dən yuxarı olur). Metroda musiqi dinləmək çox təhlükəlidir. Metroda olan səsə görə musiqini daha yaxşı eşitmək üçün pleyerin səsini artırmaq lazım gəlir, bu isə nəticədə səs qəbuluna görə məsuliyyət daşıyan hüceyrələri məhv edə bilər.

Elə olur ki,  Siz qapı döyüləndə və ya telefon zəng çalanda eşitməyəsiniz? Ətrafdakılar çox vaxt  sakit danışmağınızı xahiş edirlər?  Küçədə söhbət elədiyiniz insanı çətinliklə eşidirsiniz? Evdəkilər sizin televizora yüksək səslə baxmağınızdan şikayət edirlər? Telefon ilə danışanda çətinlik çəkirsiniz? Bir sözü bir neçə dəfə  soruşmaq məcburiyyətində qalırsınız? Sizdə insanların aydın danışmadıqları hissi yaranır?

Əgər bu sualların bir neçəsinə müsbət cavab verirsinizsə otolarinqoloqa, surdoloqa və ya audioloqa müraciət etməyə tələsin. Həkim sizə ya müalicə yazacaq ya da əməliyyata göndərəcək. Lakin, bu təəssüf ki, problemin yalnız kiçik bir qismini həll edə bilər. Çox güman ki, həkim sizə eşitmə aparatları üzrə mütəxəssisə müraciət etməyi tövsiyə edəcək: 90% hallarda eşitmə qabiliyyətinin pozuntularını eşitmə aparatları vasitəsilə bərpa etmək olur.

Lakin, həkimlər, bu aparatların istifadəsindən inadla imtina edən xəstələrlə də qarşılaşırlar. İnsanlar eşitmə itkisinə uyğunlaşmağı, başqaları ilə ünsiyyətdə bir çox əziyyətə qatlaşmağı üstün tutaraq,  mütəxəssisə müraciət etməyə tələsmirlər. Bəziləri hətta eşitmə aparatının eşitmə qabiliyyətinin daha da pisləşməsinə  səbəb ola biləcəyini düşünür. Əslində isə eşitmə qabiliyyətinin pisləşməsi təbii prosesdir, və aparat bu prosesə təsir edə bilməz. Əksinə, səslərin vaxtında korreksiya edilməsini, xüsusən də yaşlananda, mümkün qədər tez etmək lazımdır. Əgər beyin uzun müddət səs siqnalları almasa səsləri fərqləndirmək qabiliyyətini itirə bilər. Uzun müddət səs aləmindən məhrum qalan insana eşitmə aparatı ilə belə səsləri yenidən eşitməsi çətin olur. Bu səbəbdən nə qədər tez uyğun eşitmə aparatı tapılarsa və tətbiq olunarsa, o qədər tez effektiv nəticələr gözlənilə bilər. 

Eşitmə aparatının ətrafdakıların gözünə çarpmasından qorxmaq lazım deyil. Müasir cihazlar nə Tsiolkovskinin istifadə etdiyi eşitmə aparatını, nə də keçən əsirdən qalan qabarıq həcmli eşitmə aparatlarının modellərini xatırlatmır. Müasir eşitmə cihazlarını istər qulaq arxasında, istərsə də qulağın daxilində gizlətmək mümkündür. Bu cihazlar o qədər kiçikdir ki, qarşındakı söhbət etdiyin insan belə eşitmə aparatı taxdığını görə bilməz.

Son nəslin rəqəmsal aparatları - istənilən vəziyyətdə nitqin maksimum aydınlığını və eşitmə komfortunu təmin edən əsil intellektual sistemlərdir.

Müasir dövrdə təsəvvür etmək çətindir ki, 100 il bundan əvvəl insanlar eynəklərə qarşı mənfi fikirdə idilər. Eynilə, eşitmə aparatları ilə bağlı tərəddüdlər də aradan götürüləcək. Bəzi ölkələrdə bu məsələ ilə bağlı xüsusi aksiyalar keçirilib ki, məşhur insanlar bu aksiyada çıxış edərək, uzun müddət eşitmə cihazlarından istifadə etdiklərini və bundan heç bir narahatçılıq hiss etmədiklərini etiraf ediblər. Bill Klintonun da eşitmə aparatından istifadə etməsi yalnız özü açıqlayandan sonra məlum oldu.

 


Eşitmə zəifliyinin audio nümunələri


Eşitməsi zəif olan insanlar ətraf dünyanı necə eşidir? Bizim təqdim etdiyimiz audio nümunələr vasitəsi ilə siz müxtəlif səviyyəli eşitmə zəifliklərindən bir fikir ala bilərsiniz.


 


Həkimin qəbulana yazıl


Əgər beyin uzun müddət səsləri qəbul etmirsə müəyyən müddət sonra o bu səsləri unudur. Buna görə də eşitmə aparatı nə qədər tez alınıb eşitməyə uyğun tənzimlənərsə o qədər də yaxşı nəticə əldə etmək olar.


 


KIND Unite Phone Clip Qulaqlığı


KIND Unite Phone Clip qulaqlığının sayəsində telefon danışıqları rahat və sadə olub. Güvənli və stabil kabelsiz bağlantı sizi təmiz səslə təmin edir.

 

Yeniliklər

KINDswim sudan ən yaxşı qoruma

Hamıya məlumdur ki, hətta sağlam qulağı, içinə suyun düşməsinə qarşı qorumaq lazımdır. Buna görə də, qulağın içinə suyun düşməməsi üçün bir çox fərqli formalarda qulaq tıxacları mövcutdur...

Onlayn eşitmə testi

Yaxşı eşitdiyinizə əminsiniz?

Dünya əhalisinin 10-15% müxtəlif dərəcəli eşitmə zəifliyindən əziyyət çəkir. Bizim onlayn eşitmə testi vasitəsi ilə siz elə bu dəqiqə, ekran qarşısından qalxmadan öz eşitmənizi yoxlaya bilərsiniz...

Bizi tap

KIND Azərbaycanda

Ünvan:

  “KİND SƏS” MMC

Bakı şəh., Həsənoğlu küç., ev 31