Font ölçüsü: A A A

  AZ
 Axtar
Siz burdasınız: Maraqlı

Hansı səbəbdən insanlar öz səslərini başqalarından fərqli eşidirlər

Hansı səbəbdən insanlar öz səslərini başqalarından fərqli eşidirlər

Digər insanlar bizim səsimizi bizdən fərqli eşidir, çünki biz səsimizi sudan və havadan keçərək eşidirik.

 

 

 

Niyə bu baş verir?

Əslində, bu universal və eləcədə maraqlı səs fenomeninin izahı çox sadədir. Holivudda nitq və səs üzrə direktor, təqaüdçü loqoped və müəllim  Dr. Nelson Voqanın sözlərinə görə, söhbət zamanı biz səsimizi sadəcə qulaqlarla eşitmirik. Biz daxili orqanlarda olan maye vasitəsilə içimizə yayılan səs dalğalarını da eşidirik.

Nitq səs vibrasiyalarının yarandığı qırtlaqda başlayır. Bu vibrasiyaların bir hissəsi hava vasitəsilə yayılır. Bu səs, məhz bizim danışdığımız zaman (və  maqnitofona yazıldığında) digərlərinin eşidə biləcəyi səsdir. Vibrasiyanın digər hissəsi başımızda olan maye və müxtəlif toxumalardan keçir. Daxili və orta qulaq sümük boşluqlarında yerləşir. Bu boşluqlar insan kəlləsinin ən möhkəm  hissəsidir. Daxili qulaqda maye var, orta qulaqda isə - hava, və onların hər ikisi daimi sıxılma vəziyyətindədirlər. Qırtlaq da öz növbəsində, daxilində maye olan yumşaq toxuma ilə əhatə olunub. Səs hava ilə maye və bərk toxumalarında yayıldığından daha fərqli yayılır. Bu fərq, səsin bütün tonlarına aiddir və bu səbəbdən də biz öz səsimizi digər insanlardan fərqli eşidirik.

Dr. Voqan çox maraqlı bir detal qeyd edir: tədqiqatçılar aşkar etmişlər ki, hətta balaca uşaqlar da bu səs effekti ilə qarşılaşır. Onlar əksər hallarda lentə yazılan səslərini belə, hətta dərhal yazılandan sonra da, tanıya bilmirlər. Tədqiqatçılar bizim eşitdiyimiz səsin (bizim "daxili" səs) digərlərinin eşitdiyi səsdən (“xarici” səs) aşağı və ya yüksək olduğunu sübut edə bilmirlər.  Ona görə belə demək olar ki, əslində bizim iki səsimiz var. Onların hər ikisi - bizim "əsl" səsimizdir. Hər şey dinləyənin eşitmə qabiliyyətindən asılıdır.

 


Eşitmə zəifliyinin audio nümunələri


Eşitməsi zəif olan insanlar ətraf dünyanı necə eşidir? Bizim təqdim etdiyimiz audio nümunələr vasitəsi ilə siz müxtəlif səviyyəli eşitmə zəifliklərindən bir fikir ala bilərsiniz.


 


Həkimin qəbulana yazıl


Əgər beyin uzun müddət səsləri qəbul etmirsə müəyyən müddət sonra o bu səsləri unudur. Buna görə də eşitmə aparatı nə qədər tez alınıb eşitməyə uyğun tənzimlənərsə o qədər də yaxşı nəticə əldə etmək olar.


 


KIND Unite Phone Clip Qulaqlığı


KIND Unite Phone Clip qulaqlığının sayəsində telefon danışıqları rahat və sadə olub. Güvənli və stabil kabelsiz bağlantı sizi təmiz səslə təmin edir.

 

Yeniliklər

KINDswim sudan ən yaxşı qoruma

Hamıya məlumdur ki, hətta sağlam qulağı, içinə suyun düşməsinə qarşı qorumaq lazımdır. Buna görə də, qulağın içinə suyun düşməməsi üçün bir çox fərqli formalarda qulaq tıxacları mövcutdur...

Onlayn eşitmə testi

Yaxşı eşitdiyinizə əminsiniz?

Dünya əhalisinin 10-15% müxtəlif dərəcəli eşitmə zəifliyindən əziyyət çəkir. Bizim onlayn eşitmə testi vasitəsi ilə siz elə bu dəqiqə, ekran qarşısından qalxmadan öz eşitmənizi yoxlaya bilərsiniz...

Bizi tap

KIND Azərbaycanda

Ünvan:

  “KİND SƏS” MMC

Bakı şəh., Həsənoğlu küç., ev 31