Font ölçüsü: A A A

  AZ
 Axtar
Siz burdasınız: Maraqlı

Qulaqlıqların eşitmə qabiliyyətinə zərəri

Qulaqlıqların eşitmə qabiliyyətinə zərəri

Əgər küçədə olduğunuz 10 dəqiqə ərzində qulaqlıq taxan bir adama rast gəlmədinizsə, ətrafınıza diqqətlə baxın, ola bilər ki, siz keçmiş əsrə geri dönmüşsünüz və ya da digər bir planetə düşmüşsünüz. Təəssüf ki, qulaqlıqlara olan bağlılıq o qədər güclüdür ki, şişirtməyə ehtiyac qalmır. Hər yerdə - ictimai nəqliyyatda və ya mağazada növbədə, klinikada və ya təhsil ocağında - "ikiqat qulaqlı" insanlara rast gəlmək olur. Musiqiyə olan bu kütləvi bağlılıq ilk baxışdan olduqca zərərsiz görünür. Lakin, "ikinci qulaqların" "birinci qulaqlara", yəni, təbii orqana olan təsiri - işin ən pisidir!

Qulaq pərdəsinə zərbə!

Bizim eşitmə orqanımız - mürəkkəb quruluşa malik mexanizmdir. Xarici mühitdən gələn səs beyin tərəfindən qəbul edilməsi üçün kifayət qədər uzun yol keçməlidir. Səs eşitmə kanalından keçib, qulaq pərdəsinə daxil olur, bundan sonra - eşitmə sümüklərinə, daha sonra qulaq ilbizinin tüklərini (daxili qulaq nahiyəsində) titrədir, onlar da öz növbəsində sinir hüceyrələrini stimullaşdırır, onlar isə beyinə eşitmə siniri vasitəsilə impulslar göndərirlər.

Biz qulaqlıqları taxan zaman qulaq pərdəsinə səs dalğalarının təsirini dəfələrlə artırmış oluruq! Adi söhbət zamanı səs dalğası qulaq pərdəsinə 20-50 sm məsafədən təsir edirsə, qulaqlıqlardan istifadə zamanı zərbə 1-1.5 sm məsafədən vurulur. Əslində, biz qiymətli membranımıza amansız zərbə vurmuş oluruq. Yeri gəlmişkən, membran özü bərpa oluna bilər, lakin, daxili qulaq tükləri zədələndikdə - sizin ambulator kartınıza “neyrosensor qulaq zəifliyi” diaqnozu qeyd olunur.

Təbii ki, musiqi qurğusundan sakitləşdirici və həzin melodiya yayılırsa, qulaqlara bundan yalnız fayda olar. Lakin, adətən qulaqlıqlar vasitəsilə  100 desibeldən artıq həcmdə musiqi səslənir və bu səs hədsizliyi saatlarla davam edir!

Bütün qulaqlıqlar zərərlidirmi?

Qulaqlıqlar konstruksiyasına görə üstdən qoyulan və daxilə taxılan növlərə bölünür.

● Üstdən qoyulan qulaqlıqlarda dinamik qulağa taxılmadan, qulağın üstünə qoyulur. Dinamiklər başın üstündən və ya arxasından geyilən haşiyənin sonlarında yerləşdirilir. Dinamiklərin daxili hissəsində yumşaq “yastıqlar”olur və onlar adətən rahatlıq hissi yaradır. Kənar səslərin bu qulaqlıqlardan eşidilməsinə baxmayaraq, bu qulaqlıqlarda səs keyfiyyəti çox yüksəkdir. Bu növ qulaqlıqlarda səs dalğası əvvəlcədən qulaq seyvanına daxil olur, beləliklə də, təbii proses pozulmur və qulaq pərdəsinə güclü zərbə vurulmur.

Təbii ki, əlavə qoyulan qulaqlıqların təhlükəsizliyi nisbidir: pleyerin gərgin səsi eşitmə sinirinin ən güclü müdafiəsini zədələyə bilər.

● Qulaqdaxili qulaqlıqlar çox kiçik dinamiklərlə təchiz olunub ki, onlar qulaq  kanalın birbaşa qapısında yerləşdirilir. Musiqi həvəskarları bu növ qulaqlıqları  kiçik olduqlarına görə hər şəraitdə rahat istifadə edə bilmələri üçün sevirlər. Onlar kənar səslərin daxil olmasının qarşısını daha etibarlı şəkildə alır (əslində bu konkret modelin keyfiyyətindən asılıdır). Bununla yanaşı, bu növ qulaqlıqlar səs dalğasının membrana güclü zərbə endirməsinə imkan yaradır. Surdoloqlar bu növ qulaqlıqlardan tamamilə imtina etməyi və ya gün ərzində sadəcə 30 dəqiqə istifadə etməyi tövsiyə edirlər. Qulaqlıqların eşitmə qabiliyyətinə təsiri sahəsində araşdırmalar sübut etmişdir ki, bu növ qulaqlıqların istifadəsindən 4 il sonra insanlarda eşitmə qabiliyyətinin I dərəcəli zəifliyi inkişaf edir.

Səsin gücü

Qulaq üçün təhlükəsiz səs səviyyəsi 40-60 desibel hesab olunur. Bu diapazonda adətən sadə danışıq nitqi müəyyən olunur. Əlbəttə ki, həyatda biz tez-tez daha aqressiv səslərə rast gəlirik. Lakin, yüksək səslərin qısamüddətli təsirindən və sonradan sakit mühitdə istirahətdən sonra eşitmə orqanı bərpa olunur. Lakin, səs dalğalarının “zərbəsi” uzunmüddətli olarsa, eşitmə qabiliyyəti tamamilə itirilə bilər.

Yeri gəlmişkən, metrodakı səs təxmini olaraq 110 desibelə bərabərdir. Əgər siz vaqonda əyləşdiyiniz zaman qulaqlıqların “nə oxuduğunu” eşidə bilirsinizsə, deməli siz qulaqlarınızı həddindən artıq yükləmiş olursunuz.

Bundan əlavə...

Bəzi insanlar, xüsusilə yetkinlik yaşında olan oğlanlar, hətta yuxuda belə qulaqlıqlarını çıxartmırlar. Psixoloqların fikrinə əsasən, bu cür bağlılıq sinir sisteminə zərər vura bilər. Daim yüksək səslə dinlənilən sərt ritmli musiqi sinir sistemini pozur. İnsanlar belə vəziyyətlərdə əsəbi, diqqətsiz olur, izah olunmayan zəiflik hiss edə bilir. Bəzən əksinə, həddindən artıq canlılıq və aqressivlik müşahidə olunur. Təəssüf ki, əksər insanlar belə vəziyyətdə səs mənbəyini söndürməyin lazım olduğunu anlamırlar.

Nəhayət, qulaqlıqlar insanı sadəcə olaraq real həyatdan təcrid edir. Ağır rok musiqisinə qərq olan gənc oğlan və qızlar məsələn, yaxınlaşan nəqliyyatı görməyib yol hadisəsinin qurbanına çevrilə bilərlər.

Düşməni zərərsizləşdirmək

"Qızıl orta" qanunu qulaqlıqların istifadəsinə aid də öz təsirini göstərir. Sağlamlığımıza zərər gəlməsin deyə "ikinci qulaqlar"dan ağıllı istifadə etmək lazımdır:

● səs həcmi maksimum səsin yarısından çox olmamalıdır;

● qulaqdaxili qulaqlıqlardan istifadə etməmək və ya onları gün ərzində cəmi yarım saat istifadə etmək;

● musiqiyə sakit yerlərdə qulaq asmaq;

● eşitmə orqanına mütləq şəkildə istirahət vermək.

Qulaqlıq istifadəsində mülayim mövqe tutun - və musiqi həvəskarları olaraq qalın. Qoy musiqi sizə yalnız zövq versin.

 


Eşitmə zəifliyinin audio nümunələri


Eşitməsi zəif olan insanlar ətraf dünyanı necə eşidir? Bizim təqdim etdiyimiz audio nümunələr vasitəsi ilə siz müxtəlif səviyyəli eşitmə zəifliklərindən bir fikir ala bilərsiniz.


 


Həkimin qəbulana yazıl


Əgər beyin uzun müddət səsləri qəbul etmirsə müəyyən müddət sonra o bu səsləri unudur. Buna görə də eşitmə aparatı nə qədər tez alınıb eşitməyə uyğun tənzimlənərsə o qədər də yaxşı nəticə əldə etmək olar.


 


KIND Unite Phone Clip Qulaqlığı


KIND Unite Phone Clip qulaqlığının sayəsində telefon danışıqları rahat və sadə olub. Güvənli və stabil kabelsiz bağlantı sizi təmiz səslə təmin edir.

 

Yeniliklər

KINDswim sudan ən yaxşı qoruma

Hamıya məlumdur ki, hətta sağlam qulağı, içinə suyun düşməsinə qarşı qorumaq lazımdır. Buna görə də, qulağın içinə suyun düşməməsi üçün bir çox fərqli formalarda qulaq tıxacları mövcutdur...

Onlayn eşitmə testi

Yaxşı eşitdiyinizə əminsiniz?

Dünya əhalisinin 10-15% müxtəlif dərəcəli eşitmə zəifliyindən əziyyət çəkir. Bizim onlayn eşitmə testi vasitəsi ilə siz elə bu dəqiqə, ekran qarşısından qalxmadan öz eşitmənizi yoxlaya bilərsiniz...

Bizi tap

KIND Azərbaycanda

Ünvan:

  “KİND SƏS” MMC

Bakı şəh., Həsənoğlu küç., ev 31