Font ölçüsü: A A A

  AZ
 Axtar
Siz burdasınız: Maraqlı

Qadınlar daha yaxşı eşidir

Qadınlar daha yaxşı eşidir

Qadınlar kişilərdən daha yaxşı eşidir və yüksək dalğalar sahəsində səsləri çox gözəl ayıra bilirlər. Qadının beyni uşaq səsinə proqramlaşdırılıb, kişilər isə gecə bu səsi eşitməyə bilərlər.

Qadınlar pişik balasının səsini uzaq məsafədən eşidə bilər. Kişilər isə əla oriyentasiyaya sahib olduqlarına görə pişik balasının yerini müəyyən edə bilər.

Mətbəxdə krandan su damcılarının səsi qadını əsəbi edə bilər, kişilər isə bu halda rahat yatmağa davam edə bilərlər.

Anadan olandan bir həftə sonra qız uşağı anasının səsini və otaqda olan digər körpələrin səslərini fərqləndirə bilir. Oğlan uşaqlarının isə bu yaşda bu cür qabiliyyəti yoxdur. Qadın beyni səsləri fərqləndirməyi bacarır, onları müxtəlif kateqoriyalara ayırır və bu səslərin hər birinə dair qərar qəbul etmək imkanına malikdir. Nəticədə qadın biri ilə üz-üzə söhbət edərkən yaxında duran insanların söhbətindən bir kəlməni belə ötürməyə bilər.

Burdan aydın olur ki, hansı səbəbdən kişi televizora baxan zaman və ya yuyulan qab-qacağın səsi fonunda qarşısındakı insanın söhbətinə diqqətsiz olur. Telefon zəngi gələn zaman kişi telefon ilə danışdığı müddət ərzində yanındakılardan musiqinin səsinin alınmasını, televizorun söndürülməsini və susmalarını tələb edir. Qadın isə səs-küyə diqqət etmədən danışa bilir.

Qadınlar səsin tonunda və həcmində olan dəyişiklikləri hiss edə bilirlər, bu da onların uşaqlarda və böyüklərdə emosiya dəyişikliklərini ayırd etmək bacarığına malik olduqlarını göstərir. Qadının kişi ilə və oğlan uşaqları ilə mübahisə zamanı "Mənimlə belə tonda danışma!” ifadəsi qadınların məhz belə bir xüsisiyyəti ilə bağlıdır. Kişilərin əksəriyyəti qadınların bu kəlmə ilə nə demək istədiyini anlaya bilmir.

Testlər göstərir ki, körpə qız uşaqları oğlan uşaqlarından iki dəfə artıq yüksək səsə reaksiya verir.

Bu xüsusiyyət, qız uşaqlarının oğlan uşaqlarına nisbətən daha tez sakitləşdirilməsinin, anaların qeyri-iradi qız uşaqlarına laylay oxumaqlarının, oğlan uşaqları ilə isə danışıb oynamaqlarının səbəblərini izah edir.

Qadının səsə qarşı olan bu cür kəskin hissiyatı "qadın intuisiyası" adlanan xüsusiyyətin əsasını təşkil edir. Qadının eşitmə qabiliyyəti səslənmiş (sətirlər arasından oxumaq) kəlmənin gizli mənasını tapa bilməsinin səbəblərdən biridir. Lakin, kişilər heyvan səslərini çox məharətlə ayırd edə bilirlər, bu da qədim zamanlarda, ovçuluqda onlara böyük yardım olurdu. Təəssüf ki, bu qabiliyyət bu gün dünyada az istifadə edilir.

 


Eşitmə zəifliyinin audio nümunələri


Eşitməsi zəif olan insanlar ətraf dünyanı necə eşidir? Bizim təqdim etdiyimiz audio nümunələr vasitəsi ilə siz müxtəlif səviyyəli eşitmə zəifliklərindən bir fikir ala bilərsiniz.


 


Həkimin qəbulana yazıl


Əgər beyin uzun müddət səsləri qəbul etmirsə müəyyən müddət sonra o bu səsləri unudur. Buna görə də eşitmə aparatı nə qədər tez alınıb eşitməyə uyğun tənzimlənərsə o qədər də yaxşı nəticə əldə etmək olar.


 


KIND Unite Phone Clip Qulaqlığı


KIND Unite Phone Clip qulaqlığının sayəsində telefon danışıqları rahat və sadə olub. Güvənli və stabil kabelsiz bağlantı sizi təmiz səslə təmin edir.

 

Yeniliklər

KINDswim sudan ən yaxşı qoruma

Hamıya məlumdur ki, hətta sağlam qulağı, içinə suyun düşməsinə qarşı qorumaq lazımdır. Buna görə də, qulağın içinə suyun düşməməsi üçün bir çox fərqli formalarda qulaq tıxacları mövcutdur...

Onlayn eşitmə testi

Yaxşı eşitdiyinizə əminsiniz?

Dünya əhalisinin 10-15% müxtəlif dərəcəli eşitmə zəifliyindən əziyyət çəkir. Bizim onlayn eşitmə testi vasitəsi ilə siz elə bu dəqiqə, ekran qarşısından qalxmadan öz eşitmənizi yoxlaya bilərsiniz...

Bizi tap

KIND Azərbaycanda

Ünvan:

  “KİND SƏS” MMC

Bakı şəh., Həsənoğlu küç., ev 31