Font ölçüsü: A A A

  AZ
 Axtar
Siz burdasınız: Maraqlı

Eşitmə aparatını necə seçmək lazımdır

Eşitmə aparatını necə seçmək lazımdır

Eşitmə aparatının seçimi – eşitmə qabiliyyəti pozulmuş insanların həyatında çox mühüm mərhələdir. İstehsalçıların və eşitmə aparatlarının modellərinin, eləcədə,  eşitmə protezləşdirilməsi ilə məşğul olan şirkətlərin müxtəlifliyi bir tərəfdən bu işə asanlıq gətirsə də və prosesi daha əlverişli və rahat etsə də,  digər tərəfdən onu çətinləşdirir, çünki geniş çeşid arasında düzgün aparatı seçmək daha çətin olur.

Eşitmə aparatlarını bir çox parametr üzrə seçmək olar. Məsələn, istehsal variantına, ölçüsünə görə, funksionallığına görə, rəng və bir çox digər əlamətlərinə görə seçim etmək olar.

KIND şirkəti eşitmə aparatını müstəqil şəkildə seçməyi qətiyyətlə tövsiyə etmir. Düzgün seçilməyən və tənzimlənməyən aparat eşitmə qabiliyyətinizi geri qaytara bilməyəcək və bu vəziyyəti daha da pisləşdirəcək. Düzgün cihazı seçmək üçün mütəxəssislə – surdoloq həkim ilə məsləhətləşmək və müayinədən keçmək lazımdır.

Bununla yanaşı, eşitmə aparatının uğursuz istifadəsi ilə bağlı təcrübə ümumilikdə bu cür aparatlara qarşı etibarı sarsıldır, halbuki eşitmə problemləri olanlar üçün eşitmə protezləşdirilməsi bir çox hallarda yeganə çıxış yoludur.

Həmçinin, eşitmə aparatının seçimi zaman unutmamaq lazımdır ki, ən yeni və ən bahalı aparat həmişə ən yaxşısı demək deyil: bu və ya digər halda (məsələn, binaural qulaq protezləməsində) daha sadə cihazlar müasir və güclü modellərlə müqayisədə daha yaxşı nəticə verir. Bu səbəbdən, hansı eşitmə aparatının daha yaxşı olması barədə suala müstəsna olaraq subyektiv şəkildə cavab vermək olar:  bu məhz sizə uyğun olan eşitmə aparatıdır.

Bütün yuxarıda sadalanan səbəblərdən sizə uyğun olan aparatın seçimini mütəxəssisə - surdoloq həkimə həvalə edin. Bu məsuliyyətli işdə həmişə bizə etibar edə bilərsiniz.

 


Eşitmə zəifliyinin audio nümunələri


Eşitməsi zəif olan insanlar ətraf dünyanı necə eşidir? Bizim təqdim etdiyimiz audio nümunələr vasitəsi ilə siz müxtəlif səviyyəli eşitmə zəifliklərindən bir fikir ala bilərsiniz.


 


Həkimin qəbulana yazıl


Əgər beyin uzun müddət səsləri qəbul etmirsə müəyyən müddət sonra o bu səsləri unudur. Buna görə də eşitmə aparatı nə qədər tez alınıb eşitməyə uyğun tənzimlənərsə o qədər də yaxşı nəticə əldə etmək olar.


 


KIND Unite Phone Clip Qulaqlığı


KIND Unite Phone Clip qulaqlığının sayəsində telefon danışıqları rahat və sadə olub. Güvənli və stabil kabelsiz bağlantı sizi təmiz səslə təmin edir.

 

Yeniliklər

KINDswim sudan ən yaxşı qoruma

Hamıya məlumdur ki, hətta sağlam qulağı, içinə suyun düşməsinə qarşı qorumaq lazımdır. Buna görə də, qulağın içinə suyun düşməməsi üçün bir çox fərqli formalarda qulaq tıxacları mövcutdur...

Onlayn eşitmə testi

Yaxşı eşitdiyinizə əminsiniz?

Dünya əhalisinin 10-15% müxtəlif dərəcəli eşitmə zəifliyindən əziyyət çəkir. Bizim onlayn eşitmə testi vasitəsi ilə siz elə bu dəqiqə, ekran qarşısından qalxmadan öz eşitmənizi yoxlaya bilərsiniz...

Bizi tap

KIND Azərbaycanda

Ünvan:

  “KİND SƏS” MMC

Bakı şəh., Həsənoğlu küç., ev 31