
Qadınlar kişilərdən daha yaxşı eşidir və səsləri yüksək dalğalarda çox gözəl ayıra bilirlər. Qadının beyni
uşaq səsinə proqramlaşdırılıb, kişilər, gecə bu səsi eşidə bilməzlər.
Qadınlar pişik balasının səsini uzaq məsafədən eşidə bilər. Kişilər isə əla oriyentasiyaya sahib
olduqlarına görə pişik balasının yerini müəyyən edə bilər.
Mətbəxdə su damlamasının səsi qadını dəli edə bilər, kişilər isə bu halda rahat yatmaya davam edə
bilərlər.
Qız uşağı bir həftədən sonra anasının səsini və otaqda olan digər körpələrin səslərini fərqləndirə bilir.
Oğlan uşaqlarının isə belə bir qabiliyyəti yoxdur. Qadın beyni səsləri fərqləndirməyi bacarır, onları
müxtəlif kateqoriyalara ayırır və bu səslərin hər birinə dair qərar qəbul etmək imkanına malikdir.
Nəticədə, bir qadın biri iləüz-üzə danışakən yaxında duran insanların söhbətindən bir sözü belə
ötürmür.
Burdan aydın olur ki, niyə bir kişi televizor açıq ikən və ya qablar yuyularkən gələn səslərdən dolayı
qarşısındakı insanın söhbətini eşidə bilmir. Telefon zəngi vurularkən, kişi telefon ilə danışdığı müddət
ərzində yanındakılardanmusiqi səsininalınmasını, televizorun söndürülməsini və susmalarını tələb
edir. Qadın isə səs-küyə diqqət etmədən danışa bilir.
Qadınlar səsin tonunda və həcmində olan dəyişiklikləri hiss edə bilirlər, buda onların uşaqlarda və
böyüklərdə emosiya dəyişikliklərini ayırd etmək bacarığına malik olduqlarını göstərir. Qadının kişilərə
və oğlan uşaqlarına “Mənim ilə belə tonda danışma!” kəlməsi qadınların belə bir xusisiyyəti ilə
bağlıdır. Kişilərin çoxu qadınların bu kəlmə ilə nə demək istədiyi anlaya bilmir.
Testlər göstərir ki, körpəqız uşaqları oğlan uşaqlarından iki dəfə çox yüksək səsə cavab verir.
Bu xüsisiyyət, qız uşaqlarının oğlan uşaqlarına nisbətən daha tez sakitləşdirilməsinin, anaların qeyri-
iradi qız uşaqlarına laylay oxumaqlarının, oğlan uşaqları ilə isə danışıb oynamaqlarının səbəblərini izah
edir.
Qadının səsə qarşı olan kəskin hissiyatı “qadın intuisiya” adlanır. Qadının eşitmə qabiliyyəti, (xətlərin
arasından oxumaq) kəlməsinin gizli mənasının tapa bilməsi,səbəblərdən biridir. Lakin kişilər heyvan
səslərini çox məharətlə ayırd edə bilirlər, qədim zamanlarda kişilərin bu qabiliyyəti onlara yaxşı bir
vasitə kimi xidmət edirdi. Təəssüf ki, bu qabiliyyət bu gün dünyada az istifadə edilir.